Sumqayıtda vətəndaş bağlı qapı arxasında qalıb. Sumqayıt24 bu barədə 19 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Nazirliyin "112" qaynar xəttinə daxil olan məlumata əsasən, 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına dərhal xilasetmə qüvvələri yönləndirilib. Onlar vətəndaşa müvafiq yardım göstəriblər.