Sumqayıtda “Qartal” tikinti firması sahə rəisi (İnşaatçı mühəndis) vəzifəsini icra edəcək şəxs axtarışındadır.
İş haqqında
Əsas iş yeri dənizdə yerləşən “SOCAR”ın neft platformaları olacaq. Orada iş olmayan zaman isə işçi Sumqayıtda - firmanın baş ofisinə və ya Azərbaycan Respublikası ərazisində tikinti sahələrinə ezam oluna bilər
Tələblər:
- Minimum 3 il uyğun vəzifələrdə iş təcrübəsi;
- Ali təhsil (inşaatçı mühəndis ixtisası üzrə);
- Tenderlərin qiymətləndirilməsi və layihəyə nəzarət bacarığı;
- İngilis dilini bilməsi arzuolunandır;
- Kompüter bilikləri (word, excel, autocad, outlook və s.);
- Yaşayış yerinin Sumqayıt şəhərində olmasına üstünlük verilir;
- B kateqoriya sürücülük vəsiqəsi.
İş haqqında:
- SOCAR-ın dənizdəki neft platformalarında yerinə yetirilən işlərə rəhbərlik edilməsi;
- Tenderlərin qiymətləndirilməsi, yerinə yetirilmiş işlər üçün təhvil-təslim aktının sənədləşdirilməsinin layihə koordinatoru ilə birlikdə tərtib edilməsi, sifarişçinin imzalaması üçün hazırlanması;
- Sahədə gündəlik yerinə yetirilən işlər haqqında məlumatın fotoşəkilləri ilə Qartal T.F. layihə koordinatoruna göndərilməsi.
İşçi üçün şərait:
- Neft platformasında işlədikdə maksimum 1 ay müddətində dənizdə olacaq, daha sonra isə istirahət üçün ofisə dönəcək. Lazım gəldikdə növbəlilik prinsipi ilə yenidən dəniz platformasına göndəriləcək;
- Dənizdə işlədiyi günlər əmək haqqına 20% əlavə ödəniş ediləcək;
- Nahar yeməyi və telefon rabitəsi firmanın vəsaiti hesabına təmin edilir;
- Ehtiyac yaranarsa ona xidməti avtomobil təhkim edilir (özünün idarə etməsi şərti ilə;
- İş günləri 6 günlük iş həftəsi, saat 09:00-18:00 təyin edilir. Bazar günü və bayram günlərində işlədikdə bu günlərin dəyəri əlavə olaraq ödənilir.
Namizədlər 9 yanvar tarixinədək, CV-lərini [email protected] e-mail adresinə, mövzu hissəsində “Sahə rəisi - İnşaatçı mühəndis” yazaraq göndər bilərlər. Qeyd edək ki, namizəd iddia etdiyi minimum əmək haqqını CV-də bildirməlidir.
Ətraflı məlumat üçün əlaqə nömrəsi:
Tel: (050) 283-00-69.