Sumqayıt məktəbində şagird özbaşınalığı olub. Sumqayıt24 bu barədə 6 oktyabr tarixində Lent.az-a istinadən xəbər verir.
Yayılan iddialara görə, hadisə ötən gün, 24 saylı məktəbdə qeydə alınıb.Yuxarı sinif şagirdləri aşağı sinifdə təhsil alan azyaşlıları ayaqyoluna salaraq, qapını bağlayıb və onları içəridə saxlayıblar.
Polis əməkdaşları insidentlə bağlı məktəbə cəlb olunublar. Hazırda araşdırmalara başlanılıb.