“Orta ümumitəhsil məktəblərində antinarkomaniya tədbirlərinin təşkili” layihəsi davam edir. Bu barədə 12 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Proqram Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Sosial Təşəbbüslərə Dəstək” İB tərəfindən keçirilir.
Tanınmış ekspert Emil Maqalov Sumqayıt məktəblərini ziyarət edərək şagirdləri narkomaniyanın zərəri haqda məlumatlandırır. Növbəti təlimlər 7 saylı məktəbdə, 10 oktyabr tarixində 15 saylı, növbəti gün isə 28 saylı məktəbdə baş tutub.
Qeyd edək ki, təlimlərə 35-55 arası yeniyetmə qatılır. [modula id="24942"]