Sumqayıtda məktəblilər arasında "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçiriləcək. Bu barədə 14 sentyabr tarixində Şağlam Düçüncə Gənclər Təşkilatına istinadən xəbər veririk.
Yarışda iştirakçılar minimum 4, maksimum 6 nəfərlik komandalar şəklində yarışacaqlar. 8-11-ci sinif şagirdləri üçün nəzərdə tutulmuş yarışda ümumilikdə 30 sual səsləndiriləcək. Oyun 5 turdan ibarət olacaq. Hər turun qalib komandasına hədiyyələr təqdim olunacaq.
İntellektual oyun oktyabrın 1-i saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq. Yarışda iştirak etmək istəyənlər link vasitəsilə qeydiyyatdan keçə bilərlər.