Sumqayıtda antinarkomaniya ilə bağlı tədbir keçirilib. Bu barədə 7 oktyabr tarixində “Regional Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinə istinadən xəbər veririk.
“Orta ümumtəhsil məktəblərində antinarkomaniya tədbirlərinin təşkili” layihəsi çərçivəsində təşkil olunan seminar 13 nömrəli tam orta məktəbdə baş tutub. Yeniyetmələrin iştirak etdiyi təlimdə şagirdlərə layihə barədə məlumat verilib.
Layihənin əsas məqsədi Sumqayıt şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində yeniyetmələr arasında narkomaniya ilə bağlı məlumatlılığın artırılması və bu barədə onların maarifləndirilməsidir.
Təlimi Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkomaniya üzrə tanınmış Ekspert Emil Maqalov keçib.