Sumqayıtda məktəblilər üçün "Dini radikalizm" mövzusunda görüş keçirilib. Bu barədə Sumqayıt24 13 oktyabr tarixində xəbər verir.
19 nömrəli tam orta məktəbdə baş tutan tədbirdə 9, 10, 11-ci sinif şagirdləri iştirak ediblər. Burada çıxış edənlər dini radikalizm və onun fəsadlarından, gənclərin ənənəvi dini və milli dəyərlərimiz haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması istiqamətində dini maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyindən danışıblar. Sonda məktəblilərin sualları cavablandırılıb.