Sumqayıtda “Gün gəldi biz qayıtdıq“ adlı biblioqrafik xülasə keçirilib. Bu barədə 20 oktyabr tarixində Sumqayıt MKS-yə istinadən xəbər veririk.
S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsində baş tutan tədbirdə 14 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdləri iştirak ediblər. Tədbir Dövlət Himninin səslənməsi ilə başlanılıb. Kitabxanaçı Zübeydə Məmmədova Vətən müharibəsinin şanlı tarixindən bəhs edib.
Sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Yığıncaq qəhrəmanlarımızla bağlı “Silahı məhəbbət, son sözü vətən”, “Şəhidlər evə qayıdır“ başlıqlı sərgilərdə yer alan kitablar haqqında uşaqlara qısa xülasə verilməsi ilə davam edib.