Sumqayıtda mənzildə köməksiz qalan azyaşlıya yardım edilib. Sumqayıt24 bu barədə 12 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
FHN-in "112" qaynar xəttinə azyaşlının bağlı qapı arxasında qalması ilə bağlı məlumat daxil olub. Çağırış ünvanına xilasetmə qüvvələri cəlb olunub. Əməkdaşlar tərəfindən nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.