Saray qəsəbəsində fəaliyyət göstərən marketlərdə nöqsanlar aşkar edilib. Sumqayıt24 bu barədə 8 sentyabr tarixində Afsa.gov.az-a istinadən xəbər verir.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən monitorinqlər keçirilib. Nəticədə Sevil Qaziyevə küçəsində yerləşən “Yaşıl” və “Üfüq” marketlərində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi məlum olub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.