top
Martın 9-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
17 aprel 2026, 18:08
- +

Martın 9-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

Bu barədə DİM-dən məlumat verilib.

Nəticələrin əldə olunması qaydası

İmtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir ətraflı yazılı cavab tələb edən açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli, qiymətləndirmə şkalası və yazı işi nümunələri) ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Yazı işlərinin yoxlanılması prosesi

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

Yazı işlərinin onlayn yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

İmtahanın strukturu və balların hesablanması

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. Balların hesablanması qaydası ilə linkdəki faylda tanış ola bilərsiniz.

İmtahanda iştirak göstəriciləri və qayda pozuntuları

Bu imtahanda iştirakı nəzərdə tutulan 58139 nəfərdən 393 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 12 nəfər imtahandan xaric olunub.

Ən yüksək nəticə göstərənlər

İmtahan iştirakçıları arasında 2 nəfər – Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Həsənli Aydın Çingiz oğlu və Bakı şəhəri, 289 saylı orta məktəbin ("Zəngi" liseyi) məzunu Qurbanov Muhammedali Əhməd oğlu 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Bundan əlavə, ADA məktəbinin ingilis dilində tədris alan məzunu Fərəcov Mikayıl Elşən oğlu 200 bal toplamaqla ən yüksək nəticəni göstərib. Qeyd edək ki, fərqli dildə tədris aparılan məktəblərin məzunları 2 fənn (riyaziyyat və xarici dil) üzrə imtahan verir və maksimal toplaya biləcəkləri bal 200-dür.

Apellyasiya prosesi və müraciət qaydası

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 20 aprel saat 10:00-dan 22 aprel saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı "sms" göndərilir.

Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Vacib qeydlər və xəbərdarlıqlar

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin tapşırıqların şərti və izahlarla (https://eservices.dim.gov.az/ejurnal/) tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:30

Sumqayıtda Aşura günü qan vermək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər
Bu gün, 17:00

Sumqayıtlılar "çörək pulu" üçün niyə Bakıya üz tuturlar? – AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 16:37

Cərimələnən "Pine Park" deyilmiş - RƏSMİ AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 16:20

Sumqayıtda 38 dərəcə isti olacaq

Bütün xəbərlər
Bu gün, 15:40

"Ölən qızın videolarını niyə tirajlayırsınız?" - Aparıcı "od püskürdü"

Bütün xəbərlər
Bu gün, 15:20

Sumqayıtda gimnaziya və liseylərə qeydiyyat müddəti UZADILIR

Bütün xəbərlər
Bu gün, 15:00

Leysanın fəsadları Sumqayıta baha başa gəldi

Bütün xəbərlər
Bu gün, 14:57

Prezident məktəbəqədər təhsillə bağlı Fərman imzalayıb

Bütün xəbərlər
Bu gün, 14:20

Sumqayıtda 1 milyon manata ağac, bitki və güllər alınacaq

Bütün xəbərlər
Bu gün, 13:40

Sumqayıtda çalışan müəllimlərdən YÜKSƏK NƏTİCƏ

Bütün xəbərlər
Bu gün, 12:55

Azərbaycanda yumurta kəskin UCUZLAŞDI

Bütün xəbərlər
Bu gün, 12:15

Həyət daralır, narazılıq artır: Sarayda tikinti problemi

Bütün xəbərlər
Bu gün, 11:34

Sumqayıtlı idmançı Monqolustanda medalsız qaldı

Bütün xəbərlər
Bu gün, 10:54

Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir?

Bütün xəbərlər
Bu gün, 10:14

Sumqayıtda təkrar imtahan keçiriləcək

Bütün xəbərlər
Bu gün, 09:34

Sumqayıt və Novxanı çimərliklərində hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 19:25

Sumqayıtda imtahandan maksimum nəticə göstərən müəllim danışdı

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda sabah 36 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtın sürətlə böyüyən ərazilərindən birində məktəb böhranı

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıt müəllimi imtahandan maksimum nəticə göstərdi

Bütün xəbərlər
Dünən, 17:24

Oğlu Sumqayıtın sabiq axundunu polisə verdi

Bütün xəbərlər
Dünən, 16:50

Azərbaycanda nikahların sayı azalıb

Bütün xəbərlər
Dünən, 16:17

Sumqayıtda uşaqlar üçün tamaşa hazırlanır

Bütün xəbərlər
Dünən, 16:10

Sumqayıtda yüksək musiqi səsləndirən restoran cərimələndi - ÖZƏL

Oxşar xəbərlər