top
Mərhum müğənni Elçin Cəlilovun doğum günüdür
17 iyul 2026, 11:00
- ↺ +

Mərhum müğənni Elçin Cəlilovun doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün mərhum müğənni Elçin Cəlilovun doğum günüdür.

Elçin Əsəd oğlu Cəlilov 17 iyul 1968-ci ildə Sumqayıtda, musiqiçi ailəsində dünyaya gəlib. Ailədə iki qardaş və bir bacı olublar. O, atasını hələ uşaqlıq illərində avtomobil qəzasında itirib. Musiqiyə olan marağı da məhz ailəsindən qaynaqlanıb. Sovet dövründə fəaliyyət göstərən ailə ansambllarından biri də Cəlilovlar ailəsinə məxsus idi. Səkkiz nəfərdən ibarət ansambl müxtəlif şəhərlərdə qastrol səfərlərinə çıxır, konsert proqramları təqdim edirdi. Sonralar Elçin Bülbül adına musiqi məktəbində təhsil alıb, Xalq artisti Şövkət Ələkbərovadan dərs keçib.

Sənət yolunun əvvəlində o, ilk dəfə səhnəyə sazla çıxaraq bir neçə aşıq mahnısı ifa edib. Daha sonra Bakı Musiqi Akademiyasına qəbul olunub və Arif Babayevin tələbəsi olub. Televiziya efirlərində isə əsasən muğam ifaçısı kimi tanınıb. Elçin muğam dəsgahları ilə yanaşı, xalq mahnıları, estrada əsərləri və romansları da uğurla ifa edirdi.

Xanəndəlik fəaliyyətinin ilk illərində nə siqaret çəkir, nə də spirtli içki qəbul edirdi. O, ətrafında utancaq, tərbiyəli və əxlaqlı insan kimi tanınırdı. Qardaşı Yusifin narkotik asılılığından əziyyət çəkməsi Elçinə ağır təsir göstərirdi. Toylardan qazandığı gəliri də əsasən qardaşının müalicəsinə sərf edirdi. Lakin sonrakı illərdə təəssüf ki, Elçinin özü də zərərli vərdişlərə aludə oldu. Qısa müddətdə narkotik vasitələrdən istifadə etməyə başladı, getdikcə arıqladı və səsini itirdi.

Bir müddət sonra qardaşı avtomobil qəzasına düşdü. Elçin anası və qızı ilə birlikdə onu xəstəxanada ziyarət etdi. Geri qayıdarkən Elçinin idarə etdiyi avtomobil yol kənarındakı ağaca çırpıldı. Qəza nəticəsində Elçin və qızı sağ qalsalar da, anası hadisə yerində vəfat etdi. Bu faciədən sonra o, özünü anasının ölümündə günahkar hesab edir, tez-tez "Mən anamı öldürdüm, mən də öləcəyəm, yaşamaq istəmirəm" sözlərini deyirdi.

Narkotik asılılığı qısa müddətdə onun ailəsini də dağıtdı. Həyat yoldaşı Elçinin yenidən narkotik istifadə etdiyini gördükdə onu tərk etdi. Lakin bir müddət sonra Elçin ona zəng edərək bağışlanmasını istədi və kömək etməsini xahiş etdi. O, "Bu dəfə də bacarmasam, anamın qəbrinin üstünə gedib özümü öldürəcəyəm" dedikdən sonra cütlük yenidən barışdı.

Deyilənlərə görə, Elçinin narkomaniyaya qurşanmasına bəzi həmkarlarının təsiri olub.

2005-ci il mayın 10-da səhər saatlarında Elçin Cəlilov yaşadığı mənzildə ölü tapıldı. Cəmi 37 yaşında dünyasını dəyişən sənətkarın ölüm səbəbi kimi narkotik vasitələrdən istifadə göstərildi. O, Mehdiabad qəbiristanlığında dəfn olunub. İddialara görə, ona narkotik vasitə gətirən şəxslərdən biri də qardaşı Yusif idi. Elçinin vəfatından qısa müddət sonra Yusif də dünyasını dəyişib.



Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
Bu gün, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Bütün xəbərlər
Bu gün, 16:05

Sumqayıt teatrında "Sürgün sevgi" tamaşasının premyerası keçirildi

Bütün xəbərlər
Bu gün, 15:40

Sumqayıtda narkotik dövriyyəsinə qarşı əməliyyat

Bütün xəbərlər
Bu gün, 14:57

Sumqayıtda yolun müəyyən hissəsinin zəbt edilməsinə etiraz

Bütün xəbərlər
Bu gün, 14:20

SDU tələbələrinin süni intellekt layihəsi 60 komanda arasında SEÇİLDİ

Bütün xəbərlər
Bu gün, 13:40

Uşaqlıq arzusunu gerçəkləşdirdi - Sumqayıtdan Gəncəyə piyada getdi

Bütün xəbərlər
Bu gün, 13:00

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi

İdman
Bu gün, 12:30

"Sumqayıt" bu gün "Zirə" ilə qarşılaşacaq

Bütün xəbərlər
Bu gün, 12:00

Sumqayıt hansı hava ilə nəfəs alır? Son aylarda şəhərin ekoloji vəziyyəti ilə bağlı nələr məlum olub? - ARAŞDIRMA

Bütün xəbərlər
Bu gün, 11:13

Sumqayıtda yolların təmirinə 2,4 milyon manat ayrılıb

Bütün xəbərlər
Bu gün, 10:00

Coratda avtobus dayanacağı ilə bağlı şikayət nəticə verdi

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıtda fəhlə vakansiyası elan edildi - ŞƏRTLƏR

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən Müharibəsinin 27-ci günü baş verənlər - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:57

Sumqayıtlı model: "TikTok"a görə 1000 manat vergi borcu yazıblar"

İdman
Dünən, 17:20

Ağır qəzaya düşən sumqayıtlı cüdoçu idmana nə vaxt qayıdacaq?

Bütün xəbərlər
Dünən, 16:47

Sumqayıtda zibil qutularının dolub-daşdığı ərazi təmizləndi

Bütün xəbərlər
Dünən, 16:37

Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanıldı

Kriminal
Dünən, 16:23

Sumqayıtda çay evində BIÇAQLANMA - 64 yaşlı kişi tutuldu

Bütün xəbərlər
Dünən, 16:17

Sumqayıt məhkəməsində anasını öldürən şəxsə hökm oxundu

Bütün xəbərlər
Dünən, 15:46

Bakı, Sumqayıt və daha 4 şəhərin su təchizatına o rəhbərlik edəcək

Bütün xəbərlər
Dünən, 15:45

Rafael Ağayevin "qayıdışı" təxirə salınıb…

İdman
Dünən, 15:10

Sumqayıt idmançısının beynəlxalq uğuru diqqət mərkəzində

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda sabah şimşək çaxa bilər

Oxşar xəbərlər