41 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı Hicran Hüseynova seçicilərlə görüşüb. Bu haqda 4 mart tarixində Sumqayıt24 xəbər verir.
Qəbul Yeni Azərbaycan Partiyası (YAP) şəhər təşkilatının inzibati binasında keçirilib. Vətəndaşları fərdi qaydada qəbul edən deputat onların müraciətlərini dinləyib.
Sakinlər, əsasən, ailə-məişət, işlə təminat, əmək təqaüdləri, sosial məsələlərlə bağlı müraciət ediblər. Görüşdə seçicilərin müraciətlərində əksini tapan bəzi məsələlər yerində həll edilib.