Milli Məclisin deputatı Vüqar Bayramov Sumqayıtda məskunlaşmış Füzuli sakinləri ilə görüşüb. Bu haqda 1 fevral tarixində Sumqayıt24 xəbər verir.
Qəbulda iştirak edən sakinlərin müraciətləri məşğulluq, mənzil təminatı, əlillik dərəcəsinin alınması, kredit borcu, qayıdış, sosial təminat və digər mövzularda olub.
Bir sıra müraciətlərlə bağlı yerində izahatlar verilib və müvafiq qurumlarla əlaqə saxlanılıb.