Milli Karate Federasiyasının Sumqayıt üzrə nümayəndəsi Akif Kərimov beynəlxalq sertifikat ilə təltif olunub. Bu haqda Sumqayıt24 federasiyanın rəsmi saytına istinadən xəbər verir.
Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və Sumqayıt Gənclər və İdman Baş İdarəsinin rəisi Elgun Hümbətov Sumqayıtda yerli məşqçi və hakimlərlə görüşüb. Görüş zamanı ötən ilin hesabatı nəzərə çatdırılıb, gələcək illərə olan planlar haqda söz açılıb.
Burada iştirak edən Akif Kərimov Dünya Karate Federasiyasının (WKF) beynəlxalq məşqci və müəllim sertifikatı ilə təltif olunub. O, çıxışında ötən il 18 sumqayıtlı karateçinin muxtəlif yaş kateqoriyalarında respublika çempionatında böyük nəticələr əldə edərək, milli komandaya dəvət olunduğunu xatırladıb.