Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Sumqayıtda sakinləri qəbul edəcək. Bu haqda 30 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Qəbul fevralın 9-da baş tutacaq. Görüş zamanı sakinlərin nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 5 fevral tarixinədək nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.