Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Bakı-Sumqayıt qatarları ilə bağlı məlumat bildirib. Sumqayıt24 bu barədə 5 oktyabr tarixində Report-a istinadən xəbər verir.
"Bakıdan Sumqayıta və əks istiqamətdə hərəkət edən sürət elektrik qatarlarının sayı deyildiyi kimi az deyil. Sadəcə sərnişinlərin sayı çoxdur", - deyə nazir müavini Cavid Qurbanov söyləyib.