İtkin düşən şəxslər tapılıblar. Sumqayıt24 bu haqda 6 iyun tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 15-dən Novxanı ərazisində itkin düşmüş kimi axtarılan 25 yaşlı qadın və azyaşlı övladı tapılıblar. Onlar aidiyyəti üzrə təhvil veriliblər.