Ötən əsrin ortalarında inşa olunuş binalar söküləcək. Bu barədə yerli sakinlər Sumqayıt24-ə xəbər veriblər.
Söhbət 16-cı məhəllədə yerləşən və Sumqayıtın görünüşünə daha da rəng qatan üçmərtəbəli binalardan gedir. Məlumata əsasən, burada olan mənzillərdə artıq söküntü işlərinə başlanılıb.
“Yeni mənzil istəyən vətəndaşlara aylıq 300 manat kirayə pulu veriləcək. İstəməyənlərə isə kvadratına görə dəyərləndirilib pul veriləcək”, - deyə qeyd olunub. [modula id="21121"]