top
Ötən dövrdə 87 uşaq himayədar ailələrə verilib
03 sentyabr 2026, 12:15
- ↺ +

Ötən dövrdə 87 uşaq himayədar ailələrə verilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 87 uşaq himayədar ailələrə verilib.

Sumqayit24.az xəbər verir ki, nazirlik tərəfindən himayədar ailə modelinin tətbiqi, valideyn himayəsindən məhrum uşaqların ailə mühitinə reinteqrasiya prosesinin daha da təkmilləşdirilərək sadələşdirilməsi üçün müvafiq prosedurlarda bir sıra dəyişikliklər edilib.

Qeyd edilib ki, yeni dəyişikliklər bu sahədə əlçatanlığın artırılmasına və xidmətlərin daha çevik təşkilinə, himayədar ailə olmaq üçün müraciət edən vətəndaşların daha qısa müddət ərzində himayədar valideyn kimi fəaliyyətə başlamalarına imkan yaradır.

Belə ki, hazırda himayədar valideyn olmaq istəyən şəxslər uçota alındıqdan sonra 10 iş günü ərzində onlarla müsahibə keçirilir və maddi-məişət şəraitlərinin uşağın mənafeyinə uyğunluğu qiymətləndirilir. Bu mərhələni uğurla başa vuran himayədar valideyn-namizədlər Nazirlik tərəfindən minimum müddəti 3 gündən az olmayan təlimlərə cəlb edilirlər.

Vurğulanıb ki, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bundan sonra himayədar valideyn-namizədlər üçün təlimlərin onlayn formatda təşkili də mümkün olacaq.

Təlimin sonunda aparılmış qiymətləndirmədə müsbət nəticəsi olan himayədar valideyn-namizədlərin istəkləri nəzərə alınmaqla, onlara uyğun uşağın seçilməsi müddəti də qısaldılaraq 7 iş günündən 5 iş gününə endirilib.

Nazirlikdən bildirilib ki, himayədar ailə prosesinin mərhələlərinin (müsahibənin keçirilməsi, maddi-məişət şəraitinin müayinəsi, təlim nəticələrinin qiymətləndirilməsi, uşağa uyğun himayədar valideynin və ya himayədar valideyn-namizədə uyğun uşağın seçilməsi, namizədlə uşağın görüşlərinin təşkili və himayədar ailə müqaviləsinin bağlanması) hər birinin nəticəsi üzrə operativ və optimal qərarların qəbul edilməsi müddəti də artıq konkretləşdirilərək 3 iş günü müəyyən edilib.

Diqqətə çatdırılıb ki, bu son dəyişikliklər uşağın himayədar ailəyə keçidi prosesinin daha qısa müddətdə tamamlanmasına, bunun üçün minimal müddətin azalaraq 2 həftəyə enməsinə imkan yaradır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 25-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 20:30

Sumqayıtın bəzi ərazilərinin vaxtilə tamam başqa adlarla tanındığını bilirdinizmi?

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıt Dövlət Texniki Kollecinin müəlliminin araşdırması beynəlxalq jurnalda

Bütün xəbərlər
Dünən, 17:26

Milli Kibertəhlükəsizlik Agentliyi kütləvi kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırır

Bütün xəbərlər
Dünən, 17:03

Sıxlıq yaşanan Bakı-Sumqayıt qatarında VIP yerlərlə bağlı narazılıq

Bütün xəbərlər
Dünən, 16:27

Tıxaclar artıq Sumqayıta yaxınlaşır…

Bütün xəbərlər
Dünən, 15:55

Son günlər əhali arasında yayılan xəstəliyin səbəbi nədir?

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıtda məktəblilərin zəhərləndiyi qidada qızılı stafilokok aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:52

Sumqayıtın hava proqnozu

Bütün xəbərlər
Dünən, 14:26

Ceyranbatanda maşın ana-balanı vurub

Bütün xəbərlər
Dünən, 14:20

33 nömrəli avtobus yenə yolda qaldı: Sərnişinlər nə vaxta qədər əziyyət çəkməlidir?

İdman
Dünən, 13:47

Sumqayıtlı gənc cüdoçular nazirlə görüşdülər

İdman
Dünən, 13:15

"Sumqayıt"ı "Zirə" səfəri gözləyir

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtda qonşular arasında bıçaqlanma

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda məktəbin ətrafına tikanlı məftil çəkilib - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 11:45

SDU-da Çinin texnologiya şirkətinin nümayəndələri ilə görüş keçirildi

Bütün xəbərlər
Dünən, 11:15

Coratda avtobus gözləyənlərin sınağı…

Bütün xəbərlər
Dünən, 10:45

Azərbaycanda gənclərin sayında kəskin azalma

Bütün xəbərlər
Dünən, 10:15

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib

İdman
Dünən, 09:45

"Sabah" bu gün Almaniya nəhəngini sınağa çəkəcək

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıtın uşaq meydançasında təhlükəli vəziyyət

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Bütün xəbərlər
19 oktyabr 2026, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Oxşar xəbərlər