Sumqayıtda istirahət guşəsində naqillərin açıq qalması sakinlərə təhlükə yaradır. Sumqayıt24 bu barədə 6 sentyabr tarixində xəbər verir.
Bu hal 10-cu mikrorayon, Köhnə Qarabağ kinoteatrının arxasında yerləşən parkda müşahidə olunur. İşıq dirəyində naqillərin yerləşdiyi hissə açıq qalıb.
“Şikayət etdikdən sonra sadəcə izolentlə bağlayıblar. Parkda uşaqlar bilmədən əllərini vura bilərlər. Həmçinin parkın işıqlandırılması çox zəifdir. İşıq dirəklərinin olmasına baxmayaraq, az qismi işləyir”, - deyə sakinlər bildiriblər.