Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin sentyabr müşavirəsi keçirilib. Bu barədə 15 sentyabr tarixində təhsil mərkəzinə istinadən xəbər veririk.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimizin xatirəsi ehtiramla yad edilib.
Müşavirədə mərkəzin direktoru Gülşən Ömərova hesabat məruzəsi ilə çıxış edib. O, ötən tədris ilinin yekunları, əldə edilmiş nailiyyətlər və qarşıda duran məqsədlər, həllini gözləyən məsələləri diqqətə çatdırıb. Gündəlikdə duran mövzular müzakirə edilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.