Sumqayıt Peşə Təhsil Mərkəzinin müəllimi maarifləndirici seminara qatılıb. Bu haqda 20 may tarixində Sumqayıt24 təhsil mərkəzinə istinadən xəbər verir.
Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Esmira Alverdiyeva Slovakiyanın Bratislava şəhərində keçirilən seminarda iştirak edib. Təlim "İnnovasiya və Təhsil" mövzusunu əhatə edib.
Layihənin məqsədlərindən biri Peşə Təhsili Müəssisələrində təhsil işçilərinin ömürboyu təhsil konsepsiyasına və əmək bazarının tələblərinə uyğun zəruri bilik, bacarıq və səriştələrə yiyələnməsi, müstəqil və yaradıcı şəxsiyyət kimi hazırlanmasıdır.