Sumqayıtda uşaqlar “Cırtdan” tamaşasını izləyiblər. Sumqayıt24 bu barədə 1 sentyabr tarixində “Mədəniyyət Xəbərləri” Facebook səhifəsinə istinadən xəbər verir.
“Aypara” kukla teatrının tamaşası Poeziya evində təqdim olunub. Uşaqlar Cırtdanın başına gələn sərgüzəştləri, güclü, lakin axmaq divə qalib gəlməsini, özünü və qardaşlarını bəladan xilas etməsini maraqla izləyiblər.