Sumqayıtda “Aqro-Vest DC” MMC-nin məhsulları məhv edilib. Sumqayıt24 bu barədə 1 sentyabr tarixində Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
İstehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 10.620 kq olan müxtəlif növ qida məhsulları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda utlizasiyadan keçirilib.