top
Qədim tarixə malik, həyat simvolları olan Novruz bayramı
20 mart 2025, 04:03
- +

Qədim tarixə malik, həyat simvolları olan Novruz bayramı

Xalqımızın min illərindən süzülüb gələn, adət-ənənələrinin, milli mənəvi dəyərlərinin qorunmasında mühüm rol oynayan bayramlardan ən əsası Novruz bayramıdır. Təsadüfi deyil ki, ölkəmizdə bu bayram çox böyük təntənə və təmtəraqla keçirilir. Bununla belə, son illər cəmiyyətdə bu bayramla bağlı neqativ fikirlər yaranır, xüsusilə də radikal dindar kəsimin etirazına, Novruzu atəşpərəstliklə əlaqələndirməyə, bu bayramı qeyd etməyin günah olduğuna dair fikirlər səsləndirilir. Əslində isə vəziyyət tam başqadır və bu bayramın atəşpərəstlik, oda sitayişlə bağlı heç bir əlaqəsi yoxdur. Qısa sözlə, Novruz əkinçilərin bayramı, torpağın oyanışı, Yeni ilin gəlişi bayramıdır və heç bir dini elementi özündə əks etdirmir. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. Bu vaxt Qış qurtarır, Yaz fəsli başlayır. Elə Novruz bayramı da bu gündə keçirilir. Deməli, Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır.

İlk olaraq, ondan başlayaq ki, milli bayramımız olan Novruzun tarixi müxtəlif rəqəmlərlə göstərilir. Əgər nəzərə alsaq ki, Qobustan qayaüstü rəsmlərində “Günəşi qarşılama” mərasiminin arxaik ritual təsvirləri də var, deməli bu bayramın tarixi bir neçə min ilə qədər gedib çıxır. Bundan əlavə, Şumer mixi yazılarında və ən qədim dastanlardan olan “Gilqamış”da da bu mərasimin ünsürlərinə rast gəlmək mümkündür. Bəzi alimlər bu bayramı 5 min il əvvələ aid etsələr də, Novruzla bağlı ilk yazılı məlumat eramızdan əvvəl 505-ci ilə aiddir. Ömər Xəyyam “Novruznamə” adlı əsərində bu bayramın tarixindən danışarkən qeyd edir: “Novruzun yaranmasının birinci səbəbi odur ki, həmin gündə Günəş dövrə vurub 365 gün 6 saatdan sonra öz yerinə qayıdır.

1920-ci ildə Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalından sonra bu bayrama sırf dini don geyindirilərək, milli mədəniyyətimizdən silməyə çalışıblar. 1937-ci ildə isə bu bayram konkret qadağan edildi. Bununla yanaşı, Sovet senzurasının kəskin illərində belə, rejissorlar filmlərdə bu bayramla bağlı səhnələr canlandırır, milli bayramın xalqın yaddaşından silinməsinə icazə vermirdilər. 1967-ci ildə isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Şıxəli Qurbanovun səyi nəticəsində Novruzun Bakıda “Bahar bayramı” adı altında qeyd edilməsinə icazə verildi. 1985-ci ildə isə Ulu Öndər Heydər Əliyevin təkidi ilə artıq Novruz bayramı adı altında qeyd edilməyə başladı.

Yuxarıda da qeyd etdiyim kimi, bu bayramın atəşpərəstliklə əlaqəsi yoxdur. Tarixin qədim mənbələrində yeni gün mənasını verən “Ergənəgün”, “Ulus bayramı” kimi qeyd edilən bu bayram farsların İran yaylasına köçündən sonra  nov-ruz yəni, yeni gün formasına keçib. İkincisi, bildiyimiz kimi, atəşpərəstlikdə od müqəddəsdir və odun üstündən tullanmaq, “ağırlığım-uğurluğum” burada qalsın kimi fikir səsləndirmək qətiyyən mümkün deyildi. Elə tanınmış alim Lev Qumilyov da qeyd edir ki, bu bayramdakı od kultunu atəşpərəstliklə əlaqələndirmək həqiqətdən uzaqdır: “İranda möbüdan-möbüd müqəddəs oda yaxınlaşarkən sifətinə örtük taxırdı ki, nəfəsi ilə odu murdarlamasın, türklərdə isə od vasitəsi ilə bəd ruhları, yəni dünyadakı ən şər qüvvələri qorxudurdular. Məsələ burasındadır ki, İranda od dini sitayiş obyekti, türk tayfalarında isə magiya vasitəsi idi, yəni əslində onların arasında heç bir oxşarlıq müşahidə olunmurdu”.

Qədim dövrlərdən Azərbaycan, İran, Əfqanıstan, Özbəkistan və bir sıra şərq ölkələrində yeni ilin gəlişini şənliklə qarşılamaq bir adət olub. Azərbaycanda isə bu bayram necə qeyd edilir fikrinə gələndə, tarixi mənbələr göstərir ki, qədimdə əcdadlarımız qış fəslini 3 yerə bölüblər: böyük çillə (40 gün), kiçik çillə (20 gün) və boz ay (30 gün). Bu gün də Naxçıvan və digər bölgələrimizdə çillə bayramı və Xıdır Nəbi bayramı keçirilir. Bu, Novruza hazırlıq mərhələsi hesab edilir.

Novruz simvolları

Novruz bayramındakı rituallar əsasən simvollarla bağlıdır. Məsələn, 4 çərşənbənin su, od, torpaq və yel olması dünyanın yaranmasında əsas hesab edilən elementləri özündə ehtiva edir. Xalqımızın qədim inancına görə, yaradılışdan əvvəl bütün varlıq məhz sudan ibarət olub. Sudan sonra istilik artdı, günəş çıxdı və su çəkildi. Od da bunu əks etdirir. Yel çərşənbəsi də yaranış prosesinin üçüncü mərhələsini təşkil edir. Əgər torpaq və su insan yaradılışının materialını, maddi əsasını təşkil edirsə, od və yel bu materialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir. Sonuncu – İlaxır çərşənbə isə torpaq çərşənbəsidir. Torpaq insan yaradılışının əsas maddi ünsürü olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir.

Bayramda süfrəyə düzülən nemətlərin də öz simvolu var. Məsələn, yumurta masada boyalı şəkildə görünməlidir, çünki yumurtanın daxilində olan ağ maye nütfənin (insanın yenidən doğuluşu), sarı rəng isə irqin, yəni, fərqli yaradılışın simvoludur. Üst qabığı isə səma və kosmik tağın simvoludur. Tezliklə canlanmalı, dünyaya gəlməli olan təbiətin alleqoriyasıdır.

Səməni isə yaşıllığın, təbiətin yenidən canlanmasının simvoludur.

Paxlava ulduz və odun simvoludur. Onun ortasına qoyulan fındıq isə torpağa işarədir, torpaqdan yaranmanı ifadə edir. Romb forması isə həyat ağacının mərkəzi elementidir və ana bətninə işarədir.

Şəkərbura Ayın simvolu olmaqla yanaşı, üzərindəki naxışlar sünbülü xatırladır. Eyni zamanda hava elementi olan bu şirniyyatın naxışları ayın şüalarını da əks etdirir. Od elementi olan Qoğal günəşin rəmzidir və istiliyin simvoludur.

Bayram günü göstərilən tamaşalarda Keçəl və Kosa da simvoldur. Məsələn, bəzi alimlər Keçəlin təbiətin oyanışdan əvvəlki dövrünü, Kosanın isə ruzi-bərəkəti əks etdirdiyini bildirirlər.

Eyni zamanda Kosa və Keçəl obrazları qışla baharın mübarizəsi kimi də izah edilir. Qış yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır.

Bu yazılanlardan da göründüyü kimi, Novruz  bayramının dinlə bağlı heç bir əlaqəsi yoxdur, sırf Yeni il və torpağın, həyatın dirilişi kimi qeyd edilir. Odur ki, bayramınız mübarək!

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Maşınların sığorta qiymətləri dəyişdi - Yeni qərar

Bütün xəbərlər
Bu gün, 17:22

Sumqayıtda "Mero"dan gələn su küçəni iflic etdi

Bütün xəbərlər
Bu gün, 16:30

Tədbirlər bələdiyyə pul qazandırmağa başladı - Adil Xudatov danışdı

Bütün xəbərlər
Bu gün, 15:52

Sumqayıtın deputatı: "Türk xalqları arasında ortaq ədəbi platformaların yaradılması vacibdir"

Bütün xəbərlər
Bu gün, 15:24

Sumqayıtda sabah da yağış yağacaq?

Bütün xəbərlər
Bu gün, 14:50

Sumqayıtda zibil yanacağa çevriləcək

Bütün xəbərlər
Bu gün, 14:05

Sumqayıt xəstəxanasında pasiyentlərlə yanaşı bina da "müalicə" gözləyir

Bütün xəbərlər
Bu gün, 13:30

Yağış, külək... amma onlar yenə iş başında

Bütün xəbərlər
Bu gün, 12:49

"Gözləyirlər ki, kimsə ağacın altında qalsın" - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 11:49

Sumqayıt məktəbinin ətrafında təhlükə

Bütün xəbərlər
Bu gün, 10:36

Bakı-Sumqayıt yolunda tıxac azalacaq - Yeni layihə

Bütün xəbərlər
Bu gün, 09:46

Sumqayıtda konsert biletləri zorla satılır? – AÇIQLAMA

İdman
Bu gün, 09:15

Sumqayıtlı gənclər Dünya çempionatına yollanır

Bütün xəbərlər
Dünən, 17:46

Türkiyə universitetlərinin nümayəndələri Sumqayıt Sənaye Parkında olublar

İdman
Dünən, 17:05

"Sumqayıt"ın iki futbolçusu komandanı tərk edir? - Açıqlama

Bütün xəbərlər
Dünən, 16:42

"7 nömrə"nin sürücüləri şəhərdə "at oynadırlar"

Bütün xəbərlər
Dünən, 16:05

Sumqayıtda ailədaxili mübahisə: Qardaşlar mülk üstündə üz-üzə gəldilər

Bütün xəbərlər
Dünən, 15:30

Sürücülərin nəzərinə: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:00

Şəhərimizdə sabah şimşək çaxa bilər

Bütün xəbərlər
Dünən, 14:30

Sumqayıtda elektrik enerjisi problemi azalacaq

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıtda yolun ortasında təhlükə aradan qaldırıldı

Bütün xəbərlər
Dünən, 13:00

Güllələnən müəllim Sumqayıtda çalışmış məmurun oğlunu BAĞIŞLADI

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtın bu məktəbləri yoxlamadan "keçmədi"

Bütün xəbərlər
Dünən, 12:00

Sumqayıtda dəm qazından zəhərlənənlərdən xəbər var

Oxşar xəbərlər