top
Güllələnən müəllim Sumqayıtda çalışmış məmurun oğlunu BAĞIŞLADI
20 aprel 2026, 13:00
- ↺ +

Güllələnən müəllim Sumqayıtda çalışmış məmurun oğlunu BAĞIŞLADI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"İdrak" liseyində müəlliminə odlu silahla ağır xəsarət yetirməkdə ittiham olunan şagirdin cinayət işi üzrə tərəflər arasında barışıq əldə olunub.

Qafqazinfo.az-ın məlumatına görə, zərərçəkmiş müəllim şagirdini bağışlayıb. Barışığı təsdiq edən rəsmi sənəd artıq istintaq orqanına təqdim edilib.

Bundan başqa, şagirdlə bağlı psixoloji ekspertiza rəyinin nəticələri də açıqlanıb. Həkim rəyinə əsasən, Ə.Ş-də anlaqlılığı istisna etməyən psixi pozuntu müəyyən edilib. 

Bu o deməkdir ki, şəxsdə müəyyən dərəcədə psixi problemlər var. Amma o, törətdiyi əməli dərk edir, davranışlarını idarə etmək qabiliyyətindədir. Hazırki rəyə əsasən, şəxs cinayət məsuliyyətindən azad edilmir, lakin bu hal gələcəkdə cəza təyin edilərkən yüngülləşdirici amil kimi nəzərə alına bilər.

Prokuror yekun ittiham aktını təsdiqlədikdən sonra iş baxılması üçün məhkəməyə göndəriləcək.
 
Qeyd edək ki, hadisə bu ilin fevralında Bakıda yerləşən "İdrak" liseyində baş verib. İttihama görə, 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngi ilə təhsil aldığı liseyə gələrək 29 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib. Onun atası Samir Şirinov əvvələr Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyində rəis müavini vəzifəsində işləyib, hazırda işsizdir. 
Şagird Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham olunur. Təqsiri sübuta yetiriləcəyi halda 18 yaşı tamam olmadığı üçün 10 ilədək azadlıqdan məhrum edilə bilər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:39

İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:01

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda dayanacaq nişanı avtobus sürücüsü üçün keçərsizdir? - İDDİA

Bütün xəbərlər
Dünən, 17:27

21 yaşında şəhid olan sumqayıtlının doğum günüdür

Bütün xəbərlər
Dünən, 16:47

Sumqayıtda bu yol sürücülərə baha başa gəlir…

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtda sabah da güclü külək əsəcək

Bütün xəbərlər
Dünən, 16:07

Sumqayıtda lift lotereyası: Bu gün işləyəcək, sabah xarab olacaq?

Bütün xəbərlər
Dünən, 16:01

Deputatdan rus bölməsinə etiraz: "157 min şagirdin xərclərini də dövlət ödəyir"

Bütün xəbərlər
Dünən, 15:46

Sumqayıtda içməli su xəttində qəza baş verdi

Bütün xəbərlər
Dünən, 15:27

Sumqayıtlı kişi arvadını döydü, məhkəmədə barışdılar

Bütün xəbərlər
Dünən, 14:47

Sumqayıtda parkda tapılan telefon iki dostu düşmən etdi - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 14:07

Bu avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirildi

Bütün xəbərlər
Dünən, 13:54

Generalın qızının ev dustaqlığına prokurordan etiraz

Bütün xəbərlər
Dünən, 13:37

Bu tarixlərdə geomaqnit qasırğası gözlənilir

Bütün xəbərlər
Dünən, 13:11

Dövlət qulluğuna qəbulla bağlı müsabiqədə müsahibə 2 mərhələdən ibarət olacaq

Bütün xəbərlər
Dünən, 13:03

Dövlət qulluqçularının pedaqoji fəaliyyəti ilə bağlı yeni qayda

Bütün xəbərlər
Dünən, 13:02

Bu şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər

Bütün xəbərlər
Dünən, 12:57

Yeriyərək getdiyi xəstəxanadan əlil arabasında çıxdı…

Bütün xəbərlər
Dünən, 12:17

Bu avtobus sərnişinlərə dəniz mənzərəli səfər yaşatdı

Bütün xəbərlər
Dünən, 11:46

Bakı-Sumqayıt yolunda gecə təhlükəsi

Bütün xəbərlər
Dünən, 11:33

123 saylı avtobusda təhlükəli anlar – Sərnişinlər özlərini çölə atdılar - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 11:06

Xarici ölkələrin səfirləri Sumqayıtdakı alman əsirlərinin məzarlığını ziyarət ediblər

Bütün xəbərlər
Dünən, 10:36

Qonşunun borcuna görə siz də istiliksiz qala bilərsiniz? - SUMQAYİT24.AZ-ın ARAŞDIRMASI

Oxşar xəbərlər