Arif "Sumqaitski" Türkiyədə saxlanılıb. Bu barədə bu gün, 25 sentyabr tarixində Lent.az xəbər paylaşıb.
Məlumata əsasən, "qanuni oğru" Arif Mehdiyev İstanbulda tutulub. Buna səbəb isə onun həmin şəhərdə yerləşən "Sabiha Gökçen" aeroportunda cibgirlik etməsi olub.
Mehdiyev polis şöbəsində dindirilib və izahatı alınandan sonra sərbəst buraxılıb.