Marketlərin birində qanun pozuntusu qeydə alınıb. Sumqayıt24 bu barədə 7 oktyabr tarixində Afsa.gov.az-a istinadən xəbər verir.
Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları tərəfindən monitorinqlər keçirilib. Sumqayıtda aparılan yoxlama zamanı "Qayalı Superstore"da (40-cı məhəllə) nöqsanlar tapılıb. Pozuntu “Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi” ilə bağlı olub.
Qeyd edək ki, faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.