"Stansiya Sumqayıt" kimi tanınan Şəfəq qəsəbəsində ölü qoyunların ərazidən yığışdırılmaması sakinlərin narazılığına səbəb olub.
Sumqayit24.az-a müraciət edən yerli sakinin sözlərinə görə, ötən həftə baş verən yol-nəqliyyat hadisəsi zamanı avtomobil çox sayda xırdabuynuzlu heyvanı vuraraq öldürüb.
Hadisədən sonra heyvanların bir hissəsi ərazidən götürülsə də, bir neçə qoyunun leşi dayanacağın yaxınlığında qalıb. Sakin iddia edir ki, cəsədlər şişərək çürüməyə başlayıb və ətrafa kəskin üfunət yayılır.
Şikayətçi məsul qurumlardan tədbir görmələrini istəyir.