Sumqayıt Bulvarında velosiped və skuterlərin təhlükəsiz və nizamlı hərəkətinin təmin edilməsi məqsədilə mikromobillik zolaqları təşkil edilib.
Sumqayit24.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Qeyd olunub ki, yeni zolaqların yaradılmasında məqsəd mikromobillik vasitələrinin hərəkətini tənzimləmək və daha təhlükəsiz hərəkət mühiti formalaşdırmaqdır.
Bundan əvvəl Sumqayıt Bulvarında velosipedlər üçün parklanma məntəqələri yaradılıb və kirayə velosipedlər istifadəyə verilib. Bununla da ərazidə mikromobillik vasitələrindən istifadəyə əlçatanlıq təmin olunub.
Növbəti mərhələdə Sumqayıt şəhərinin digər ərazilərində də mikromobillik zolaqlarının yaradılması və şəbəkənin təşkili nəzərdə tutulur.