Sumqayıt Dövlət Universitetində (SDU) riyaziyyat üzrə olimpiadanın qalibləri mükafatlandırılıblar. Sumqayıt24 bu haqda 29 mart tarixində xəbər verir.
Tədbirdə SDU-nun Riyaziyyat fakültəsinin dekanı, dosent Xalidə Həsənova, Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndələri, fakültənin əməkdaşları və olimpiadanın təşkilat komitəsinin üzvləri iştirak ediblər.
4 mart tarixində keçirilən olimpiadaya Sumqayıt şəhər ümumtəhsil məktəblərinin 5-9-cu siniflərində oxuyan 200-dən çox şagird qatılıb. Nəticələrə görə, 3 nəfər I yer, 3 nəfər II yer, 11 nəfər isə III yerin qalibi olub. Onlara diplomlar verilib.