top
Rüfət Nasosnu: “Meyxanaçılara Əməkdar artist və ya İncəsənət xadimi adı verilsin” – ÖZƏL MÜSAHİBƏ
16 yanvar 2025, 06:30
- +

Rüfət Nasosnu: “Meyxanaçılara Əməkdar artist və ya İncəsənət xadimi adı verilsin” – ÖZƏL MÜSAHİBƏ

Meyxanaçı Rüfət Nasosnu bir neçə gün öncə türkiyəli sənətçi Ahmet Enesə 1.500 dollar məbləğində cərimə ödəməli olması ilə bağlı məsələni gündəmə gətirib.

O, bildirib ki, bununla bağlı türkiyəli müğənni “Instagram” hesabında da yazıb: “Hadisə 2013-cü ildə olub. Cəriməni ödəmədim, mahnını sildim”.

Xatırladaq ki, meyxana ifaçısı Rüfət Nasosnu 2013-cü ildə türkiyəli sənətçi Ahmet Enesə aid olan “Get” adlı mahnını ifa edib. Buna görə türk sənətçinin komandası ona 1 500 dollar məbləğində cərimə tələbi ilə bağlı xəbərdarlıq məktubu göndərib.

Sumqayit24.az-ın əməkdaşı meyxanaçı Rüfət Kərimov (Nasosnu) ilə danışıb.

Müsahibəni təqdim edirik:

- Rüfət bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- Mən 1977-ci il dekabrın 12-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində anadan olmuşam. Həmin qəsəbənin keçmiş adı Nasosnu olub. Ləqəbimi də elə yaşadığım qəsəbənin adından götürmüşəm.

- Sizin adınız son günlər türkiyəli sənətçi Ahmet Eneslə bir səsləndi. Cərimə məsələsi gündəmə gəldi. 

- Bu məsələni özüm verilişlərin birində açıqladım. Əslində həmin məsələni heç kəs bilmirdi. Çox insan hətta düşünürdü ki, mahnının müəllifi mənəm.  Hesab edirəm ki, ifam Ahmet Enesə və onun komandasına təsir etməsəydi, onu sildirməzdilər. Çünki insan yalnız öz rəqibinə qarşı çıxır. Sildirsələr də, başqa saytlar paylaşdı. Yenə də baxış sayı çox oldu. Ona görə cərimə tələbini göndərdilər. O vaxt mənə dedilər ki, “ya 1500 dollar cərimə ödəməlisiniz, ya da mahnı silinəcək”. Mahnını sildik, getdi. Çünki həmin dövrdə 1500 dollar böyük məbləğ idi. Həmin pula bir otaqlı ev almaq olardı.

- Rüfət bəy, siz türk mahnılarını özünüzə məxsus tərzdə ifa edirsiniz. Türkiyənin "Tual" qrupunun “Kasım” mahnısını ifa etdiniz. Sizin ifanız xüsusi marağa səbəb olub. Bir çox insan bəyənsə də, tənqid edənlər də az olmadı. Sizin bu fikirlıərə münasibətiniz necədir?

- “Kasım” mahnısını ifa etdim. Bizdə olan avam kütlə ifamı qəribə qarşıladı. Düşünürəm ki, bu, kütlə xəstəliyidir. İzləyicilərin əksəriyyəti ilk rəylərə baxıb ona uyğun fikir bildirir. Hər biri musiqidən anlayışı olan və ya olmayan bekar adamlardır. Bu normal haldır. Elələri var ki, bəyənib, amma açıq şəkildə deməkdən çəkinib.

Onlar içərisində Xalq artisti də var. Bunu əminliklə sizə deyirəm.

İlk olaraq türk mahnılarından məşhur müğənni Ahmet Kayanın “Bu adam benim babam” mahnısı ifa etdim. Yüzlərlə türk vətəndaşı xoş münasibət bildirmişdilər. 2 milyona yaxın baxış sayı var idi. Lakin sildirdilər. Bir gün “YouTube”da verilişlərin birində bu mahnını dinlədim. Çox təsirləndim. Atam tez dünyasını dəyişdiyi üçün məndə tam başqa bir təəssürat yaratdı. Sırf atama görə ifa etdim. O ifam populyarlıq qazandırdı. Məclislərə çağırıldım.

- Ümumiyyətlə, türk ifalarına marağınız haradan qaynaqlanır?

- Bizim dövrümüzdə türk mahnıları çox populyar idi. Ona görə də Azərbaycanda toylara türk müğənnilərini çağırırdılar. O vaxtı Qubaya Əmrahı, müğənni Nüşabə Ələsgərli oğlunun kiçik toyuna İbrahim Tatlısesi çağırmışdı. Həmin vaxtlarda ölkədə türk müğənnilərinə tələbat çox idi. Bir qədər bizə də yaxındılar. Türk dilində sanki yanğı, ağı çaları var. Sözləri emosional çıxır. Ona görə də xoşuma gəlirdi.

- Meyxanaçı kimi tanınmısınız. Meyxanaçılar son zamanlar sənət yoldaşları ilə duet oxuyurlar. Duet planınız var?

- Gələcəkdə duet oxumağı planlaşdırıram. Yəqin ki, olacaq. Sadəcə olaraq seçimdə yanılmaq istəmirəm. Kimlə gəldi oxumaq istəmirəm. Səsinə, görünüşünə görə adamla duet oxumaq qəti arzulamıram.

Çox istəyərəm ki, mədəni, tərbiyəli və normal xanımla duet oxuyum. Bir prinsip də var. Bizim işimiz gecələr olur deyə, duet oxuduğum adam gərək o atmosferə uyğun olsun. Gələcəkdə ola bilər ki, elə bir insanla duet oxuyum. Amma düşünürəm seçdiyim şəxs qeyri- adi biri olmalıdır. Güman edirəm ki, olacaq.

- Verilişlərin birinə müsahibənizdə “valideynlər övladlarına məni nümunə göstərir” fikrini səsləndirmisiniz. Bu barədə danışardınız.

- Bu mövzuya qayıtmaq istəmirəm. Hamı mənim həyat tərzimi bilir. Mənim pis vərdişlərim olub. Amma indi yoxdur. Mən ölümdən qayıtmışam. Həmin gündən bugünkü günümüzə qədər heç bir pis vərdişim yoxdur. Hazırda ən pis vərdişim evə gec getməyimdir.

- Sizin ifanız hər kəs tərəfindən sevilir. Oxuduğunuz ifaların hər biri hit olub. Buna səbəb nədir? Bəlkə toxunduğunuz mövzular insanlara yaxşı təsir edir, ola bilərmi?

- Səbəb ümumi sözlərdən istifadə etməyimdir. Mahnı, qəzəl, meyxana və şeirin hər birinin sözləri fərqli olur. Qəzəlin sözünü şeirdə işlətsək, düz gəlməz. Mahnıda ümumişlək sözlərdən istifadə edirəm. Ümumişlək sözlərdən çox istifadə edirəm deyə, daha çox yadda qalır.

- Meyxana sənətində ən çox bəyəndiyiniz və təsirləndiyiniz ustadlar kimlərdir?

- Meyxanada mən hamını izləyirəm. Mənə elə gəlir ki, hamı ustaddır. Hamısına baxıb bəhrələnirəm. Heç meyxanaya aid olmayan adamlardan da nəsə öyrənirəm. Nəsrəddin Tusi, İbn Sina, Mövlana, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Nəsimi, Mirzə Ələkbər Sabir hamısının yaradıcılığından bəhrələnirəm. Müasir dövr ədəbiyyatımızdan isə Ramiz Rövşən, İlqar Fəhmi, Azər Sani Axunddan bəhrələnirəm. Qarşıma kim çıxdı izləyirəm. Kimin danışdığına baxmıram. Adamın nə danışdığını dinləyirəm. Belə insanlardan söz oğurlayıram. Söz oğurlamaq da ayıb sayılmır.

- Sizcə, meyxana digər musiqi janrlarına nisbətən daha çox hansı sosial mesajı daşıyır?

- Dövrün çətinliklərindən söz açılmalıdır. Hazırda meyxana dəyişilib. Bəziləri deyir ki, belə olmalıdır. Xeyr, elə deyil. Meyxana satira, yumor və gülüşdür. Mənim üçün meyxana budur.

- Meyxana ilə bağlı qarşılaşdığınız ən böyük çətinliklər nələr olub?

- Əvvəlki meyxanaçılar elə içi mən qarışıq pis vərdişlərimiz olub deyə, insanların yaddaşında meyxana o cür qalıb. Bəzi söz ustadları səhvən camaatın içərisində cürbəcür pis vərdişlərdən istifadə edib deyə bütün meyxana deyənlərə bu şamil edilir.

Halbuki pis vərdişləri olan həkim, mühəndis, dülgər və rəngsaz da var. O demək deyil ki, hamısı pis vərdiş aludəçisidir. Pis vərdiş sənətə yox, insana bağlı olan bir şeydir. Meyxanaçıların adı pis çıxıb. Bəziləri yuxarıdan aşağı baxır. Hətta ali təhsilli olduğumuzu biləndə təəccüblənirlər. Müasir meyxana aləmində ali təhsilli 5-6 nəfər var. İstərdim ki, gələcəkdə sayı daha çox olsun.

- Bu sənətdə irəliləmək və özünüzü daha da inkişaf etdirmək üçün hansı planlarınız var?

- Yaşımın keçməyinə baxmayaraq mən yenə də təhsil almaq, irəliləmək istəyirəm. Meyxanaçılar xalqa yaxın olduqları üçün istərdim ki, daha çox diqqət ayırsınlar. Söz xiridarları da öz aralarında bir-birinə dəstək olsunlar. Arzu edirəm ki, meyxanaçılar da Əməkdar artist və ya İncəsənət xadimi adına layiq görülsünlər. O ada layiq insanlar var. İnanıram ki, gələcəkdə olacaq.

- Musiqili meyxananın geniş yayılmasına səbəb nədir?

- Əvvəl xalqımız elm və təhsilə yer ayırırdı. Bu qədər restoran, heç bu qədər musiqiçi də yox idi. Dövr tam dəyişilib. Azərbaycandan son dövrlər Lütfizadələr də çıxmır. Sanki elm son dövrlər o qədər də inkişaf etmir.

Hər kəs musiqi ilə məşğul olur. Məşhur olmaq asan olub və ya diqqət çox ayrılıb deyə, müğənniliyə qaçır. Elm və təhsil ilə məşğul olmaq çətindir. Çünki bilirlər ki, yavaş-yavaş irəliləyəcəklər. Bunun üçün də səbir etməlidirlər.

Oxumaq ilə rahat yaşamaq arasında məsafə az olduğuna görə, musiqiyə maraq edirlər. Bəzi insanlar meyxanaçıların sürdüyü maşınları müzakirə edir. Lakin bu günə qədər çəkdikləri əziyyətləri nəzərə almırlar. Çəkdikləri əziyyətləri heç kəs nəzərə almır.

Meyxanada uğur qazanmaq çətindir. Əvvəl lap çətin idi. İndi sosial şəbəkə var. Ona görə də asanlaşıb. Tanınmaq olur, lakin sevilmək qəlizdir. İnsanların zövqü dəyişib. Bilinmir ki, kimin nə xoşuna gəlir.

- Sizcə, meyxana mədəniyyətinin gələcəyi necə olacaq? Bu sənət daha da populyarlaşacaqmı?

- Gələcəyi heç kim bilə bilməz. Gələcəyi ancaq yaşayıb, işləyib, əziyyət çəkib özümüz qurmalıyıq. Necə olacağının ümidinə nə isə qurmaq olmaz. Gərək özümüz əziyyət çəkib, gələcəyi quraq.

Nəzrin Vahid

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:58

SDU-da "SmarTech-I" müsabiqəsinin finalı keçirildi

Bütün xəbərlər
Dünən, 17:18

Təmizlənir, amma yenə zibillənir: Sumqayıtda sakinlərdən sərt təklif

Bütün xəbərlər
Dünən, 16:10

Sumqayıtda istirahət günü 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Birinci sinfə elektron qəbul yenidən BAŞLAYIR

Bütün xəbərlər
Dünən, 15:15

Həyəti su basdı, ərazini üfunət bürüdü - Sumqayıtda qəza

Bütün xəbərlər
Dünən, 14:21

Zakir Fərəcov SDU-nun tədris korpusundakı təmir işləri ilə tanış oldu

İdman
Dünən, 13:44

"Sumqayıt" doğma meydanına bu tarixdə qayıdacaq - RƏSMİ

Bütün xəbərlər
Dünən, 13:05

"Sumqayıt" bu gün meydana çıxır - rəqib "Şamaxı"

Bütün xəbərlər
Dünən, 12:30

35 il çörək daşıyan Novxanı sakini: "Çörəyin qədrini bu peşə öyrətdi"

Bütün xəbərlər
Dünən, 11:41

Məşhur həkim Sumqayıtda yaşadığı günləri xatırladı

İdman
Dünən, 10:45

"Sumqayıt" Mamadi Banqreni transfer etdi - RƏSMİ

Bütün xəbərlər
Dünən, 10:12

Sumqayıtda məktəbin yanında ürəkbulandıran vəziyyət

Bütün xəbərlər
Dünən, 09:18

İlk baxışdan səhraya bənzəyən ərazi Sumqayıtda stadion imiş...

Bütün xəbərlər
11 sentyabr 2026, 18:15

Adı dünyanın 7 nüfuzlu universitetinin qəbul siyahısında olan sumqayıtlının uğur hekayəsi

Bütün xəbərlər
11 sentyabr 2026, 17:47

"İşləmək imkanlı olmaq demək deyil" – təhsil kreditləri ilə bağlı yeni təklif

Bütün xəbərlər
11 sentyabr 2026, 17:15

Kanalizasiya problemi, dözülməz şərait, çarəsiz Sumqayıt sakinləri

Bütün xəbərlər
11 sentyabr 2026, 16:45

Sumqayıtda "ağıllı su şəbəkələri" tətbiq olunacaq

Bütün xəbərlər
11 sentyabr 2026, 16:15

Ötən il 20 minə yaxın şəxs əmək qabiliyyətli yaşda ölüb

Bütün xəbərlər
11 sentyabr 2026, 15:45

"İnandır və qalib gəl" – Sumqayıtlı gənclər üçün yeni yarış

İdman
11 sentyabr 2026, 15:15

Burkina Faso yığmasının vingeri "Sumqayıt"a gəlir?

Bütün xəbərlər
11 sentyabr 2026, 14:45

17-ci mikrorayonda sakinlər susuz qaldı - Qurumdan açıqlama

Bütün xəbərlər
11 sentyabr 2026, 14:15

Sumqayıtda sabah 29 dərəcə isti olacaq

Bütün xəbərlər
11 sentyabr 2026, 13:45

Sumqayıt məhkəməsində DTX-nin həbs etdiyi şəxslərə cəza verildi

Bütün xəbərlər
11 sentyabr 2026, 13:15

SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb

Oxşar xəbərlər