Bakı-Sumqayıt sürət qatarının bəzi reysləri yeni cədvəllə hərəkət edəcək. Bu barədə 8 sentyabr tarixində Dəmir Yollarına istinadən xəbər veririk.
Sentyabrın 9-dan 14-dək Bakı-Pirşağı-Sumqayıt-Bakı, eləcə də Bakı-Xırdalan-Sumqayıt-Bakı şəhərətrafı sürət elektrik qatarlarının hərəkət cədvəlində bəzi reyslərin vaxtında dəyişiklik edilir.
Bakı istiqamətində hərəkət edən Sumqayıt-Bakı şəhərətrafı sürət elektrik qatarlarına minmə-düşmə müvəqqəti olaraq Biləcəri stansiyasının meydan tərəfində aparılacaq.
Müvəqqəti dəyişiklik edilən reyslərin nömrələri cədvəldə sarı rənglə işarələnib.[modula id="21583"]