top
Şabrandakı faciənin məhkəməsi Sumqayıtda başa çatdı
01 sentyabr 2026, 12:40
- ↺ +

Şabrandakı faciənin məhkəməsi Sumqayıtda başa çatdı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən ilin martında Şabran rayonunun Ağalıq kəndində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə qəzaya səbəb olan traktor sürücüsü 1964-cü il təvəllüdlü Qüdrət Məlikova hökm oxunub.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs sürücülük hüququ olmadan traktorla Gəndob-Yalama yoluna çıxıb. Bu zaman qaydaları pozub və əsas yolda hərəkət edən nəqliyyat vasitəsinə yol verməyib. Nəticədə, "VAZ 2106" markalı minik avtomobili ilə toqquşub.

Qəza zamanı "VAZ"da olan sərnişinlərdən - 1992-ci il təvəllüdlü Aslanova Gülmirə Rəşid qızı hadisə yerindəcə həyatını itirib.

Onun övladı, eləcə də Şabran rayon sakinləri - 1995-ci il təvəllüdlü Cəfərova Nərminə İbrahim qızı, 2010-cu il təvəllüdlü Nuray Bayram qızı Əliyeva, 2021-ci il təvəllüdlü A.M. və 2018-ci il təvəllüdlü A.Z. müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Bildirilib ki, hadisə günü G.Aslanova övladı, bacısı qızı və digər tanışları ilə birlikdə kənd məktəbində Novruz bayramı şənliyində iştirak ediblər.

Onlar kənddən evə qayıdarkən dəhşətli hadisə ilə üzləşiblər. Məhkəmədə mərhumun həyat yoldaşı qəzaya səbəb olan traktor sürücüsündən şikayətçi olduğunu bildirib.

Məhkəmənin hökmü ilə Qüdrət Məlikov Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi üzrə təqsirli bilinib. Ona 6 il həbs cəzası verilib.

İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altında olan şəxs məhkəmə zalındaca qandallanıb.

Mənbə: Qafqazinfo.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 25-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 20:30

Sumqayıtın bəzi ərazilərinin vaxtilə tamam başqa adlarla tanındığını bilirdinizmi?

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıt Dövlət Texniki Kollecinin müəlliminin araşdırması beynəlxalq jurnalda

Bütün xəbərlər
Dünən, 17:26

Milli Kibertəhlükəsizlik Agentliyi kütləvi kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırır

Bütün xəbərlər
Dünən, 17:03

Sıxlıq yaşanan Bakı-Sumqayıt qatarında VIP yerlərlə bağlı narazılıq

Bütün xəbərlər
Dünən, 16:27

Tıxaclar artıq Sumqayıta yaxınlaşır…

Bütün xəbərlər
Dünən, 15:55

Son günlər əhali arasında yayılan xəstəliyin səbəbi nədir?

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıtda məktəblilərin zəhərləndiyi qidada qızılı stafilokok aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:52

Sumqayıtın hava proqnozu

Bütün xəbərlər
Dünən, 14:26

Ceyranbatanda maşın ana-balanı vurub

Bütün xəbərlər
Dünən, 14:20

33 nömrəli avtobus yenə yolda qaldı: Sərnişinlər nə vaxta qədər əziyyət çəkməlidir?

İdman
Dünən, 13:47

Sumqayıtlı gənc cüdoçular nazirlə görüşdülər

İdman
Dünən, 13:15

"Sumqayıt"ı "Zirə" səfəri gözləyir

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtda qonşular arasında bıçaqlanma

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda məktəbin ətrafına tikanlı məftil çəkilib - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 11:45

SDU-da Çinin texnologiya şirkətinin nümayəndələri ilə görüş keçirildi

Bütün xəbərlər
Dünən, 11:15

Coratda avtobus gözləyənlərin sınağı…

Bütün xəbərlər
Dünən, 10:45

Azərbaycanda gənclərin sayında kəskin azalma

Bütün xəbərlər
Dünən, 10:15

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib

İdman
Dünən, 09:45

"Sabah" bu gün Almaniya nəhəngini sınağa çəkəcək

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıtın uşaq meydançasında təhlükəli vəziyyət

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Bütün xəbərlər
19 oktyabr 2026, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Oxşar xəbərlər