Ceyranbatan qəsəbə 1 nömrəli məktəbə yeni direktor təyin edilib. Sumqayıt24 bu barədə 19 oktyabr tarixində Apa.az-a istinadən xəbər verir.
Bu vəzifəni Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti Nuranə Vəliyeva icra edəcək. Məlumat idarə tərəfindən təsdiqlənib.
Xəbər verdiyimiz kimi, məktəbin keçmiş direktoru Çinarə Atayevanın müqaviləsinə bir müddət əvvəl xitam verilib. Onun, şagirdlərdən birini döyməsi və mobil telefonunu qırması ilə bağlı xəbərlər yayılmışdı.