Sumqayıtda natiqlik dərsləri keçirilir. Bu barədə 12 oktyabr tarixində şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər veririk.
“Şagird Diksiya klubu” layihəsi çərçivəsində keçirilən interaktiv seminar 35 saylı tam orta məktəbdə baş tutub. Təlimdə politoloq, gənc natiq Əli Miriyev tərəfindən iştirakçılara bədən dili və natiqlik sənəti ilə bağlı əsas biliklər çatdırılıb, nitq mədəniyyətinin önəmi, ifadəlilik bacarığı, aydın tələffüs üsulları haqqında elektron təqdimat materialları nümayiş etdirilib. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, layihənin icrasına ümumilikdə 100 nəfər şagirdin cəlb olunması nəzərdə tutulur.