Avqustun 20-si saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək.
Sumqayit24.az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.
Şagirdlərin elektron yerdəyişməsi "sy.edu.az" portalı vasitəsilə həyata keçirilir.
İnternetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin Çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər.