Sumqayıt şəhərində dezinfeksiya işləri həyata keçirilir. Sumqayıt24 bu barədə 5 sentyabr tarixində Sumqayit.tv-yə istinadən xəbər verir.
Şəhər ərazisində bütün çoxmərtəbəli binalarda, park və xiyabanlarda, iaşə obyektlərində kütləvi şəkildə dezinfeksiya tədbirləri görülür. Həmçinin çoxmənzilli binalarda həşəratlara, xəstəliktörədici mikroorqanizmlərə, infeksiya mənbəyi olan və onu yayan gəmiricilərə qarşı derotizasiya tədbirləri aparılır.