Sumqayıt sakininə qarşı kiberoğurluq edilib. Bu haqda 2 mart tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumat verir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Bəhruz Paşayev saxlanılıb. O, şəhər sakini olan bir qadının bank kartından 400 manat oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.