Sumqayıtda "18 yaşlı Şəhidim!" adlı xatirə gecəsi keçiriləcək. Bu barədə məlumat 28 mart tarixində sosial şəbəkələrdə yayılıb.
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşəbbüsü və N. Nərimanov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq tədbir Vətən müharibəsi şəhidi Elvin İsmayılovun mövluduna həsr olunur.
Tarix: 28 mart;
Vaxt: 15:00;
Ünvan: N. Nərimanov adına Mədəniyyət Mərkəzi.
Qeyd edək ki, saat 13:00-da şəhidimizin məzarı ziyarət olunacaq.