Şəhid Hüseyn Nəcəfzadənin nəşi Saray qəsəbəsinə gətirilib. Bu barədə 17 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Onu qarşılamağa ailə üzvləri, yaxınları, hərbçilər və ictimaiyyət nümayəndələri gəliblər. Vida mərasimindən sonra o, Saray Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Xatırladaq ki, baş leytenant Hüseyn Nəcəfzadə Kəlbəcər rayonunda şəhid olub. Gələn ay onun toyu olmalı idi.