Sumqayıtda şəhid bulağı tikilir. Bu barədə 3 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
İşlər H.Z. Tağıyev qəsəbəsindəki Səməd Vurğun küçəsində aparılır. İnşası aparılan bulaq qəhrəman şəhidimiz Telman Abışovun xatirəsinə həsr olunub.
O, 3 oktyabr 1995-ci ildə Sumqayıtda anadan olub. Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 8-də Şuşada şəhidlik zirvəsinə ucalıb.
Telman Abışov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. [modula id="21273"]