Sumqayıtda şəhid və qazi övladları ilə görüş keçirilib. Bu barədə 22 sentyabr tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
Tədbir Regional Mədəniyyət İdarəsinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və “Leyla Babazadeh Fashion School”-un birgə təşkilatçılığı ilə həyata keçirilib. Poeziya evində baş tutan görüşdə çıxış edənlər şəhid övladlarını yeni dərs ili münasibətilə təbrik ediblər, onlara müvəffəqiyyətlər arzulayıblar. Həmçinin Vətən müharibəsi zamanı qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsinin daim əziz tutulduğunu qeyd ediblər.
Sonda “Leyla Babazadeh Fashion School”un rəhbəri Leyla Babazadə şəhid və qazi övladlarına 20 ədəd məktəbli dəsti hədiyyə edib.