Şəhidlər xiyabanının yaxınlığında yanğın başlayıb. Sumqayıt24-ə bu barədə 7 sentyabr tarixində izləyicilər xəbər veriblər.
Məlum olmayan səbəblərdən otluq ərazi alışıb. Çağırış yerinə Fövqəladə Hallar Nazirliyinin xüsusi texnikası cəlb olunub. Əməkdaşlar yanğının qarşısını almaq istiqamətində müvafiq tədbirlər görürlər.