Sumqayıt şəhərində yük avtomobilinin iştirakı ilə yol qəzası baş verib.Bu barədə Sumqayıt24 12 oktyabr tarixində xəbər verir.
Qəza şəhərin Səməd Vurğun küçəsi, “Simurq” şadlıq sarayının qarşısında saat 14:30 radələrində qeydə alınıb. “Toyota Prius” avtomobili ilə “Isuzu” markalı yük maşını toqquşub. Hadisə zamanı xəsarət olan olmayıb.
Əraziyə DYP əməkdaşları cəlb olunub.
Şahidlərin sözlərinə görə, “Toyota”nın sürücüsü arxaya hərəkət edən zaman dönmə əməliyyatını yerinə yetirən yük avtomobili ilə toqquşub.