Şəhid general-mayor Polad Həşimovun anası Zəfər Günü tədbirinə qatılıb. Sumqayıt24 bu haqda 8 noyabr tarixində məlumat verir.
Tədbir "Mənim oğlum qəhrəmandır" layihəsi çərçivəsində keçirilib. Səmayə xanım Həşimova səhnəyə çıxaraq Prezident İlham Əliyevə təşəkkürünü çatdırıb:
“Ali Baş Komandan İlham Əliyev Xankəndiyə bayraq sancdı. Xankəndidə neçə ildir bizə: "Gələrik, Bakını alarıq", – deyənlərin qollarını bağlayıb Bakıya gətirdi. Mən ona görə Prezidentə minnətdaram”.