Sutka ərzində eyni ərazidə ikinci qəza baş verdi. Bu barədə 7 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Hadisə Saray qəsəbəsində, “Saray-H MTK”nın önündə qeydə alınıb. “Mercedes” markalı minik avtomobili qarşısında eyni istiqamətdə hərəkət edən “Chevrolet”ə dəyib. Şahidlərin sözlərinə görə, “Chevrolet” qəfildən hərəkətini dayandırıb, digər maşının sürücüsü isə vaxtında əyləcə basa bilməyib. Qəza nəticəsində xəsarət alan olmayıb.
Xatırladaq ki, eyni yerdə yük maşını minik avtomobilinə çarpılmışdı. [modula id="24625"]