Saray qəsəbəsində 4.5 hektar ərazidə inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün infrastruktur işlərinin satın alınması məqsədilə tender elan edilib.
Sumqayit24.az xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti tender elan edib.
Müsabiqə çərçivəsində ərazinin şaquli planlaşdırılması, yolların və səkilərin salınması, abadlaşdırma, yaşıllaşdırma, həmçinin su-kanalizasiya təminatı işləri həyata keçiriləcək.
"MİDA" MMC tərəfindən elan olunan bu işlərin ehtimal olunan qiymətini isə 6 032 263 manat olaraq müəyyən edilib.