Saray qəsəbəsində küçələrdən birində işıqlandırılma ilə bağlı sakinlərin şikayəti nəticə verdi.
Sumqayit24.az-a bu barədə yerli sakinlər məlumat veriblər.
Bildirilib ki, qəsəbənin Yol Patrul Xidməti (YPX) postu tərəfdən giriş hissəsində, Məhəmməd Əmin Rəsulzadə küçəsində işıqlandırılma təmin edilib.
Qeyd edək ki, redaksiyamız sentyabrın 22-də sözügedən ərazidə işıq dirəklərinin olmasına baxmayaraq, küçənin işıqlandırılmaması ilə bağlı sakinlərin şikayətini gündəmə gətirib.